Advertisement

Fidan və Rutte Ukrayna-Rusiya müharibəsinə dair müzakirə aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq yönündə səyləri müzakirə edilib.

Bundan əlavə, iyunun 24-25-də Niderlandın paytaxtı Haaqada keçiriləcək NATO Zirvə toplantısına hazırlıq da müzakirə edilib.