Advertisement

ABŞ Ordusu PUA-lardan qorunmaq üçün yetərli müdafiə vasitələrinə malik deyil

ABŞ Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparmaq üçün yetərli müdafiə vasitələrinə malik deyil.

APA xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Texas ştatından olan respublikaçı Maykl Makkol “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

“Bizdə dronları effektiv şəkildə bloklamaq üçün yetərli vasitələr yoxdur. Onların hazırlanması vacibdir, çünki gələcəkdə hərbi əməliyyatlar məhz belə aparılacaq,” – Makkol vurğulayıb.