Advertisement

İran parlamenti Hörmüz boğazının bağlanmasını dəstəkləyib

İran İslam Şurası (İran parlamenti) Hörmüz boğazının bağlanmasını dəstəkləyib.

APA Press TV-yə istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü İsmayıl Kövsəri bildirib.

Bu barədə yekun qərarı İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurası qəbul etməlidir.