Advertisement

Pentaqon ABŞ-ın İrana endirdiyi zərbələrin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcək

ABŞ-ın müdafiə naziri Pit Heqset iyunun 26-da ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcək.

APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabındaməlumat verib.

O bildirib ki, Pentaqon rəhbəri və ABŞ hərbi departamentinin digər nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.