
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında sel nəticəsində ölənlərlə bağlı başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə XİN X-da paylaşım edib.
“ABŞ-ın Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insanın ölüməsi və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk”, – deyə başsağlığında bildirilib.



















