Advertisement

Alyaska sahillərində güclü zəlzələ baş verib

Alyaska sahillərində 7,2 bal gücündə zəlzələ qeydə alınıb, nəticədə sunami təhlükəsi elan edilib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Send-Poynt yaşayış məntəqəsindən 87 kilometr cənubda yerləşib.

Yeraltı təkanların ocağı 20,1 kilometr dərinlikdə olub.