Advertisement

Çilidə 5,7 bal gücündə zəlzələ baş verib

Çilinin şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Antofaqasta şəhərindən 124 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanların ocağı 85 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.