Advertisement

Ukrayna matçının hakimləri bəlli olub

Azərbaycan milli komandasının sentyabrın 9-da Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

20:00. Azərbaycan – Ukrayna

Baş hakim: Vassilis Fotias

Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis

Dördüncü hakim: Anastasios Papapetru

VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos