
İndoneziyada uçmuş məktəb binasının dağıntıları altından 5 şagirdin meyiti ilə yanaşı sağ 5 şagird çıxarılıb.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, hakimiyyət orqanları bildirib ki, ən azı 5 nəfər ölüb, 59 nəfər dağıntılar altında qalıb və onların taleyi məlum deyil.
Xəbər verilir ki, xilasedicilər dağıntılar altında qalmış bir qrup şagirdlə əlaqə yarada bilib və onlara qida, su ötürüb. Onların xilas edilməsi üçün qazıntı işləri aparılır.
Bildirilir ki, məktəbin dua zalı əsasən aşağı gəlirli ailələrdən olan 12-18 yaşlı oğlan şagirdlərinin axşam namazını qıldığı vaxt çöküb.
























