Advertisement

HAMAS Trampın Qəzza planında bəzi düzəlişlər etməyi planlaşdırır

Fələstinin HAMAS hərəkatı ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza münaqişəsinin həlli planında bəzi düzəlişlər etməyi planlaşdırır.

APA xəbər verir ki, bunu hərəkatın siyasi bürosunun üzvü Məhəmməd Nazzal deyib.

“Bizim bu layihə ilə bağlı şərhlərimiz var və HAMAS nümayəndələri olaraq bunları bildirmək hüququmuz var. Tezliklə bu məsələ ilə bağlı rəsmi cavabımızı verəcəyik”, – o deyib.

Nazzal hərəkat rəhbərliyinin razılaşmaya ciddi yanaşdığını vurğulayaraq, HAMAS-ın Qəzzadakı müharibəni davam etdirəcək və fələstinliləri qanuni hüquqlarından imtina etməyə məcbur edəcək razılaşmanı qəbul etməyəcəklərini bildirib.