Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
15.03.2026 13:18 · Elm və təhsil

Kəlbəcərdə ilk dəfə buraxılış imtahanı keçirilir

Kəlbəcər işğaldan azad edildikdən sonra şəhərdə fəaliyyətə başlayan ilk təhsil müəssisəsində – Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbdə ilk dəfə buraxılış imtahanı keçirilir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, həmin məktəbin yuxarı sinif şagirdləri – abituriyentlər bu il ilk dəfə doğma məktəblərində buraxılış imtahanında iştirak edirlər.