Advertisement

İndoneziyada məktəb binasının uçması nəticəsində ölənlərin sayı 63-ə çatıb

Sentyabrın 29-da İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarjo şəhərində icazəsiz iki yeni mərtəbədə tikintiyə başlanması səbəbilə uçan internat məktəbinin dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.

APA xəbər verir ki, İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi aparılan işlərlə bağlı acılama verib.

Açıqlamada çökmə nəticəsində təxliyə edilən 167 nəfərdən 63-nün öldüyünü bildirib.

Axtarış-xilasetmə qrupları dağıntılar altında daha 10 nəfərin qala biləcəyini təxmin edir.

Araşdırmalar zamanı məlum olub ki, bina icazəsiz tikilən iki yeni mərtəbə üçün tökülən betona tab gətirə bilməyib və çöküb. O

Axtarış-xilasetmə işlərində 400-dən çox şəxsi heyət iştirak edir, hadisə ilə bağlı araşdırmalar davam edir.