
“Qəzzada atəşkəs prosesi yaxşı nəticə verəcək və bölgədəki bütün ölkələr planı dəstəkləyir”.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlərdən birinin Qəzzadakı yenidənqurma prosesində fələstinlilərin zorla köçürülməyəcəyi ilə bağlı sualına Tramp belə cavab verib:
“Xeyr, bunun əksi. Heç kim zorla köçürülməyəcək. Bizim belə bir şey etmək planımız yoxdur. Bu, böyük bir plandır, sülh planıdır və hamının dəstəklədiyi bir plandır.”
























