
Bakı. Trend:
2023-cü ildə Niderlanddan Azərbaycana birbaşa xarici
investisiyalar (BXİ) 188,178 milyon ABŞ dolları təşkil edib.
Trend Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər
verir ki, bu göstərici 2022-ci illə müqayisədə 198,7 faiz və ya
2,98 dəfə artıb.
Azərbaycana Niderlanddan gələn BXİ-nin ümumi BXİ-də payı 2,8
faiz olub.
Öz növbəsində, Azərbaycandan Niderland iqtisadiyyatına birbaşa
xarici investisiyalar 98,199 milyon dollar (artım 70,42 faiz,
xüsusi çəkisi isə 3,2 faiz) təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin sonunda Azərbaycan iqtisadiyyatına
birbaşa investisiyalar 6,658 milyard ABŞ dolları (artım 6,1 faiz)
olub.

























