Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
03.03.2026 03:39 · Asiya

KİV: İrana qarşı hərbi əməliyyatlar aprel ayına qədər davam edə bilər

İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar ən azı aprel ayına qədər davam edə bilər.

APA xəbər verir ki, bu barədə Kan dövlət televiziyası adı açıqlanmayan dövlət rəsmisinə istinadən məlumat verib.

Məlumata görə İsrail Pasxa bayramına qədər əməliyyatları davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, bu il Pasxa bayramı aprelin 1-dən 8-dək qeyd olunacaq.