Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
08.04.2026 18:25 · Asiya

Əraqçi İsrailin atəşkəsi pozduğunu bildirib

İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan ordusunun komandanı feldmarşal Asim Munir arasında telefon danışığı olub.

“Fars” agentliyinin xəbərinə görə, tərəflər İran Prezidenti və Pakistan Baş naziri arasında baş tutan söhbətdə müzakirə olunmuş mövzuların izlənilməsi və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Eyni zamanda, İsrailin İranda və Livanda atəşkəsi pozması da müzakirə olunan məsələlər arasında olub.