NATO İspaniyanın iştirakı olmadan öz funksiyalarını tam yerinə yetirə bilməz.

APA xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles “X” hesabında yazıb.

Nazirin sözlərinə görə, İspaniya NATO-nun şərq cinahında aktiv iştirak edir, quruda, dənizdə və havada müxtəlif əməliyyatlarda təmsil olunur.

O qeyd edib ki, ölkəsi alyans qarşısında bütün öhdəliklərini yerinə yetirir və bu istiqamətdə etibarlı tərəfdaşdır.

Robles əlavə edib ki, İspaniyanın NATO-ya sadiqliyi şübhə altına alına bilməz və ölkə təhlükəsizlik məsələlərində fəal rol oynamağa davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir