Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
31.08.2026 14:49 · Xəbər xətti

Avqustda 146 milyon manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Maliyyə Nazirliyinin bildirməsinə görə, avqust ayında xəzinə hesabının ümumilikdə 146 milyon manat məbləğində qalığı müddətli depozitlərə yerləşdirilib. Bu məqsədlə nazirlik ay ərzində 6 depozit hərracı keçirib və vəsait kommersiya banklarında müxtəlif müddətlərə qoyulub.

Avqustun 6-da keçirilən iki hərracın nəticəsinə əsasən, xəzinə hesabından 16 milyon manat 28 gün müddətinə və 25 milyon manat 84 gün müddətinə depozitlərə yönəldilib; hər iki hərrac üçün orta çəkili faiz dərəcəsi 6.54% olub.

13 avqust hərracında 21 milyon manat 28 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə qoyulub.

20 avqust hərracında 35 milyon manat 84 gün müddətinə, 6.53% orta çəkili faiz dərəcəsi ilə bir kommersiya bankında depozitə yerləşdirilib.

27 avqustda keçirilən iki hərracın nəticəsinə əsasən, 19 milyon manat 28 gün üçün 6.52% orta çəkili faizlə iki bankda, 30 milyon manat isə 84 gün üçün 6.54% orta çəkili faizlə bir bankda depozitə qoyulub.

Maliyyə Nazirliyi qeyd edib ki, bu cür alətlər dövlət büdcəsi vəsaitlərinin idarə edilməsində yeni yanaşmaların tətbiqini genişləndirməklə əlavə daxilolmaların formalaşdırılmasına və kommersiya banklarında likvidliyin artımına töhfə verir.

Mənbə: az.trend.az