Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
31.08.2026 02:37 · Xəbər xətti

“Mançester Yunayted” öz lehinə avtoqolların sayına görə Premyer Liqanın rekordçusu olub

“Mançester Yunayted” Premyer Liqanın 2-ci turunda “İpsviç”i 5:2 hesabı ilə məğlub etdiyi oyunda rəqib müdafiəçisi Ceykob Qrivzin öz qapısına qol vurub. Matçın 56-cı dəqiqəsində Harri Maqquayrın zərbəsindən sonra top Qrivzinə dəydikdən sonra rəqibin qapısına daxil olub.

Bu qol “Mançester Yunayted”in lehinə Premyer Liqa tarixində qeydə alınan 80-ci avtoqol kimi rəsmiləşib.

Beləliklə, klub avtoqolların sayına görə Premyer Liqanın rekordçusu olub; ikinci pillədə 79 avtoqol ilə “Liverpul” qərarlaşır.

Mənbə: az.trend.az