Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, aparılacaq təmir işləri ilə əlaqədar Bakının bir neçə küçə və yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Agentliyin məlumatına görə, sürücülərə təmir işləri aparılan müddətdə alternativ yollardan istifadə etmələri və ərazidə tətbiq edilən müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.
Təmir işləri 2 sentyabr saat 09:00-dan Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolunda başlayacaq.
Eyni gündə, 2 sentyabr saat 10:00-dan Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsində işlərə başlanacaq.
Xətai rayonunda Abdulla Rəhimov küçəsində təmir işləri 3 sentyabr saat 08:00-dan etibarən aparılacaq.
Mənbə: az.trend.az
