Azerbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir ki, Bakı şəhərinin Sabunçu rayonunda Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsində Mehdi Hüseynzadə küçəsində təmir işləri aparılacaq.
Təmir işlərinə 5 sentyabr saat 07:00-dan başlanacaq və işlər tamamlanana qədər həmin yerlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı və qeyd olunmuş ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını xahiş edib.
Mənbə: az.trend.az
