Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
05.09.2026 16:09 · Xəbər xətti

Azərbaycanda qızılın qiyməti həftə ərzində 1,14 faiz ucuzlaşıb – İCMAL

Trend-in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamaya görə, avqustun 31-dən sentyabrın 4-dək qızılın bir troya unsiyasının (31.1034768 qram) həftəlik orta qiyməti əvvəlki həftə ilə müqayisədə 354.0437 manat və ya 4.5% azalaraq 7 503.4311 manat təşkil edib. Həmin dövrdə qızılın spot qiyməti həftə ərzində 85.476 manat və ya 1.14% düşüb.

Eyni mənbəyə görə, gümüşün bir troya unsiyasının həftəlik orta qiyməti ötən həftə ilə müqayisədə 4.81922 manat və ya 4.1% azalaraq 112.02938 manat olub. Həftə ərzində gümüşün qiyməti 0.7017 manat və ya 0.6% artıb.

Platinin bir troya unsiyasının həftəlik orta qiyməti əvvəlki həftə ilə müqayisədə 126.48 manat və ya təxminən 4% azalaraq 3 035.4758 manat təşkil edib. Həftə ərzində platinin qiyməti 8.568 manat və ya 0.3% artıb.

Palladiumun bir troya unsiyasının həftəlik orta qiyməti əvvəlki həftə ilə müqayisədə 32.9528 manat və ya 1.44% artaraq 2 320.5493 manat olub. Həftə ərzində palladiumun qiyməti 33.0225 manat və ya 1.39% artıb.

Mənbə: az.trend.az