Trend-in məlumatına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində jurnalistlərə bildirib ki, Ermənistanın xarici işlər naziri ilə yaxın zamanda görüş keçirilməsi istisna deyil.
Bayramov vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında mütəmadi təmaslar var və bu çərçivədə görüşlər keçirilir, Bişkekdəki tədbirlərdə tərəflər arasında fikir mübadiləsi aparılıb.
Nazir qeyd edib ki, Bişkekdəki təmaslar zamanı növbəti imkan düşdükdə görüş keçirib müəyyən məsələləri müzakirə etmək barədə razılıq əldə olunub və buna görə yaxın zamanda belə bir görüş baş tuta bilər.
O həmçinin bildirib ki, Azərbaycan BMT Baş Assambleyasının yeni sessiyasının açılışında böyük nümayəndə heyəti ilə iştirak edəcək və sessiya çərçivəsində həm beynəlxalq, həm də ikitərəfli tədbirlər planlaşdırılır.
Mənbə: az.trend.az
