Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirir ki, Şimali Koreya şənbə günü Yapon dənizi istiqamətində naməlum mərmi atıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi atışın aşkar edildiyini açıqlayıb, lakin əlavə məlumat verməyib.
Yonhap qeyd edir ki, Pxenyan bu atışı ABŞ Prezidenti Donald Trampın ilin sonuna qədər Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyi bildirməsindən bir neçə saat sonra həyata keçirib.
Hadisə ilə bağlı başqa rəsmi təfərrüatlar açıqlanmamışdır; əlavə məlumatların verilməsi gözlənilir.
Mənbə: az.trend.az
