Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
13.09.2026 16:13 · Xəbər xətti

Lənkəran-Astaraya leysan yağıb – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidməti sentyabrın 13-ü saat 14:00-a olan məlumatında Lənkəran-Astara zonasına qısamüddətli leysan xarakterli yağışın qeydə alındığını bildirib.

Xidmətin məlumatına görə, ölkənin əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunub, lakin Lənkəran-Astara zonasında leysan yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 11 mm, Cəlilabadda 10 mm və Astarada 6 mm olaraq ölçülüb.

Mənbə: az.trend.az