Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan bölgəsində sentyabrın 12-də mərminin düşməsi nəticəsində azı iki nəfər xəsarət alıb.
Bu barədə krallığın Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi məlumat verib.
Bəyanatda mərminin Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən atıldığı bildirilir.
Məlumatda həmçinin məscidə, bir sıra binalara və nəqliyyat vasitələrinə maddi ziyan dəyməsindən söz açılıb.
Rəsmi nümayəndə baş verənləri “beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirib.
Mənbə: az.trend.az
