Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
15.10.2026 18:00 · Cəmiyyət, Gündəm

Bakıda 8 marşrutun yolu dəyişdirilir

Oktyabrın 16-sı saat 23:00-dan Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinə qədər olan hissədə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirir ki, məhdudiyyət səbəbindən 100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli 8 müntəzəm marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutların həm metronun “Azadlıq prospekti” stansiyası istiqamətində, həm də əks istiqamətdə hərəkəti Biney Qazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri vasitəsilə, daha sonra Binəqədi şosesi boyunca və mövcud sxemə uyğun təşkil ediləcək.

108A və 147 nömrəli marşrutların “Azadlıq prospekti” stansiyası istiqamətində hərəkəti 28 May, Məmməd Araz, 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri və Çingiz Aytmatov küçəsi ilə; əks istiqamətdə isə Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri vasitəsilə təşkil ediləcək.

Agentlik təmir işlərinin müddəti və əlavə məhdudiyyətlər barədə məlumatı sonradan verəcəyini qeyd edib.

Mənbə: az.trend.az