Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü”nin üçüncü görüşü və birinci səviyyəli özünü qiymətləndirmə təlimi başa çatıb. Bu barədə məlumat Müdafiə Nazirliyi tərəfindən verilib.
Nazirlik bildirir ki, təlimin gedişatını Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu izləyib. Təlimdən əvvəl ssenari, gedişat, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında məlumat verilib və qarşıda duran məqsədlər açıqlanıb.
Sonrakı mərhələdə təlim iştirakçıları tapşırıqları praktiki şəkildə yerinə yetiriblər. Təlimi izləyənlər bölmələrin fəaliyyəti ilə yanaşı şəxsi heyətin hazırlığını, bilik və bacarıqlarını yüksək qiymətləndiriblər.
Təlimin yekununda fərqlənən hərbi qulluqçulara sertifikat, fəxri fərman və digər mükafatlar təqdim edilib.
Mənbə: az.trend.az
