Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
18.10.2026 18:00 · Gündəm, Siyasət

Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. O, “X” sosial şəbəkəsindəki paylaşımında Azərbaycan xalqına sülh, firavanlıq və işıqlı gələcək arzulayıb.

Səfir paylaşımında Ukrayna və Azərbaycan arasında tarixən möhkəm dostluq, strateji tərəfdaşlıq və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstəyin olduğunu qeyd edib.

Qusev paylaşımında həmçinin Ukraynanın dəstəyə görə minnətdar olduğunu bildirib.

Mənbə: az.trend.az