Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
19.10.2026 09:00 · Gündəm

Bakının bu ərazisində işıq olmayacaq

Oktyabrın 19-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması işləri aparılacaq. “Azərişıq” ASC bildirir ki, bu işlər elektrik verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədi daşıyır.

Yoxlama işləri səbəbindən saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev və Cəmşid Naxçıvanski küçələri, İsmayıl Məmmədov küçəsinin bir hissəsi, eləcə də Babək və Qara Qarayev prospektlərinin bəzi hissələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər olacaq.

“Azərişıq” ASC xəbər verir ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması təmin ediləcək.

Mənbə: az.trend.az