Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
19.10.2026 12:00 · Gündəm

Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)

Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı daha bir şübhəli saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, polis əməliyyatları nəticəsində Fuad İbrahimovla birgə cinayətdə şübhəli bilinən İlkin Novruzov müəyyən edilərək saxlanılıb.

İlkin Novruzovun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə bir neçə gün əvvəl baş verib və avtomobilin yandırılması faktı ilə bağlı cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə bütün halların araşdırılması məqsədilə müvafiq istintaq hərəkətləri davam etdirilir.

Mənbə: az.trend.az