Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin məlumatına görə, oktyabrın 19-da Sürix–Şanxay reysi üzrə uçan SWISS aviaşirkətinə məxsus SWR-188 nömrəli reysi yerli vaxtla 19:21-də Bakıya məcburi eniş edib.
Mətbuat xidmətinin bildirməsinə görə, məcburi enişə səbəb sərnişinin səhhətində yaranan problem olub. Hava gəmisinin tipi Airbus A350-900-dür.
Aeroportda sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.
Məlumatda qeyd edilib ki, reysin davam etdirilməsi barədə qərarı hava gəmisinin kapitanı verəcək.
Hadisə ilə bağlı əlavə təfərrüatlar — sərnişinin vəziyyəti və reysin nə vaxt davam edəcəyi barədə məlumat verilməyib.
Mənbə: az.trend.az
