Oktyabrın 21-23-də Azərbaycanda bəzi rayonlarda yağış gözlənilir; ayrı-ayrı ərazilərdə intensiv leysan, dolu və yüksək dağlıq zônalarda qar ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış olacaq; ayrı-ayrı ərazilərdə şimşək və intensiv leysan müşahidə oluna bilər.
Xidmət bildirir ki, yağıntılar çaylarda sululuğun artmasına səbəb ola bilər və bununla əlaqədar Böyük Qafqazın və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarında qısamüddətli daşqın və sel ehtimalı mövcuddur.
Məlumatı nəzərə alaraq həmin bölgələrdə yaşayanlara və səyahət edənlərə ehtiyatlı olmaq tövsiyə edilir.
Mənbə: az.trend.az
