Advertisement

Bakıda 25 min manat oğurlayan şəxs tutuldu

Bakı. Trend:

Bakıda 25 min manat oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, yanvarın 25-də Nərimanov rayonu ərazisində bir
nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması
barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa
rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.