İlkin hərbi qeydiyyata çağırılmış vətəndaşlar fərdi çağırış vərəqəsində göstərilən müddətdə müvafiq dövlət orqanına üzrsüz gəlmədikdə 100 manat məbləğində inzibati cərimə nəzərdə tutulur.
Çağırışçıların və hərbi vəzifəlilərin uçotunu aparan orqan və təşkilatlar onları çağırmaq barədə vaxtında məlumat vermədikdə və ya çağırış məntəqəsinə, toplanış yerinə vaxtında gəlmələrinə mane olduqda məsuliyyət daşıyırlar.
Belə hallarda vəzifəli şəxslər üçün cərimə 200 manatdan 300 manata qədər, hüquqi şəxslər üçün isə 600 manatdan 800 manata qədər müəyyən edilib.
Mənbə: az.trend.az
