Advertisement

Cəbrayılda günəş stansiyaları tikiləcək – Trend.Az

Zəngilan. Trend:

Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib.
Keçən il ərzində Cəbrayıl, Qubadlı, Zəngilanda 9 kənd, 1 qəsəbə, 3
şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb, xəstəxana
kimi təməlatmalar həyata keçirilib. Həmin infrastrukturlar, yaşayış
kompleksləri insanların qayıdışına ciddi töhfə olacaq.

Trend xəbər verir ki, bunu ekoloji məsələlər üzrə işçi qrupun
Zəngilanda keçirilən iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna
daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin
xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası
elan olunub, artıq işğaldan azad edilən ərazilərdə genişmiqyaslı
bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması əsas
prioritetdir:

“Bu istiqamətdə böyük layihələr həyata keçirilməkdədir.
Cəbrayılda günəş stansiyaları tikiləcək. Biz tikintidən
danışırıqsa, bütün inzibati binalarımız növbəti kəndlərin
tikintisində yaşıl enerjidən istifadə ediləcək. Ağalı kəndinin
enerji təminatı bərpaolunan enerji vasitəsilə aparılır. Ümumilikdə,
ağıllı şəhər, ağıllı kənd konsepsiyasına innovativ yanaşmalar
tətbiq olunacaq”.