
Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 1997-ci il 3
oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi
xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2023-cü il 30 dekabr tarixli 1088-VIQD
nömrəli Qanununun tətbiqi və “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli fərmanında
dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Trend xəbər verir ki, fərmanla müəyyən edilib ki, Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu
ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 57-ci
maddəsinin birinci hissəsinin “e” bəndində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında
Əsasnamə”nin 57-ci maddəsinin birinci hissəsinin “e” bəndinə
əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət
etmiş zabit vəzifəsinə təyin edilmiş, orta ixtisas və ya natamam
ali təhsilli olmayan, lakin tam orta təhsilli gizir və miçmanlara
hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan
verdikdən sonra “kiçik leytenant” hərbi rütbəsinin verilməsi
2028-ci il dekabrın 31-dək həyata keçirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu
ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il
30 dekabr tarixli 1088-VIQD nömrəli Qanunundan irəli gələn
məsələləri həll etməlidir,
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli
692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, № 3, maddə 176 (Cild I) 2-ci hissəsinin ikinci
abzasına “66-cı” sözlərindən əvvəl “57-ci maddəsinin birinci
hissəsinin “e” bəndində,” sözləri əlavə edilib.





























