Advertisement

Bəzi yerlərdə sulu qar, qar yağır – FAKTİKİ HAVA

Bakı. Trend:

Yanvarın 27-si saat 21:00-a olan məlumatına əsasən əvvəlcədən
xəbər verildiyi kimi, qərb rayonlarından başlayaraq ölkə ərazisində
yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə sulu qar, qar
yağır.

Bu barədə Trend
Milli Hidrometeorlogiya Xidmətindən xəbər verilib.

Gəncə, Şəmkir, Tovuz, Ceyrançöl, Goranboy, Gədəbəy, Göygöl,
Daşkəsən, Kəlbəcər, Laçın, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax,
Zaqatala, Şahdağ, Xaltan, Quba, Biləsuvarda qar yağır.

Naftalan, Bərdə, Ağdam, Tərtər, Ağsu, İmişli, Kürdəmir, Yevlax,
Sabirabad, Mingəçevir, Balakən, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ,
Qobustan, Neftçala, Zərdab, Göyçay, Quba, Xaçmaz, Şabran, Bakı və
Abşeron yarımadasında isə yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran
rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 dərəcə şaxta,
dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın
30-u gündüzədək davam edəcək.