Advertisement

Braziliyada təyyarə qəzaya uğrayıb – Trend.Az

Bakı. Trend:

Braziliyanın Minas-Jerays ştatında yüngül mühərrikli təyyarə
qəzaya uğrayıb.

Trend xəbər verir ki, qəza nəticəsində azı 5 nəfər ölüb.

Hadisə İtapeva şəhəri yaxınlığında baş verib. İlkin
araşdırmalara görə, hadisəyə səbəb təyyarədə yaranan texniki
nasazlıq olub.