Advertisement

Həftəsonu vətəndaşlardan 6 silah götürüldü

Bakı. Trend:

Polis əməkdaşları həftəsonu vətəndaşlardan 6 silah götürüb.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 27-28 yanvar tarixlərində polis əməkdaşları
paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat
silahı, 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd
patron darağı və 220 ədəd müxtəlif çaplı patron təhvil
götürüblər.

Həmçinin, həftəsonu polis əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 4
tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 4 ədəd patron darağı və 45
ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.