
Bakı. Trend:
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə
növbəti qərarı 2024-cü il yanvarın 31-də ictimaiyyətə təqdim
olunacaq.
Trend bu barədə Mərkəzi Banka
istinadən xəbər verir.
Qeyd edək ki, Mərkəzi Bank 2023-cü il dekabrın 20-də uçot
dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5 %-dən 8 %-ə endirilməsi
barədə qərar qəbul edib.
Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7 %-dən
6,5 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5 %-dən 9
%-ə endirilib.
“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf
dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi,
eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla qəbul
edilib. İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından
bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalmışdır.
2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil etmişdir.
Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır.
Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma
davam edir. Noyabrda deflyasiya müşahidə olunmuş, dövrə
qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2%
azalmışdır”, – deyə Mərkəzi Bankın məlumatında deyilir.

























