Advertisement

Nərimanovda qətl hadisəsini törədən şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.