Təmiz su bir çox ölkələr üçün fövqəl dərəcədə əhəmiyyətli məsələdir. Biz COP29 Prezidentliyi ilə bu istiqamətdə işlər görəcəyik.
APA xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə birgə keçirdiyi brifinqdə deyib.
“Şübhəsiz, digər ölkələrin də bu birgə prosesə töhfəsi üçün lazımi addımlar atılacaq”, – o əlavə edib.























