
Suraxanıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə APAya Daxili İşlrə NAzirliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 8-də Yeni Suraxanı qəsəbəsində evlərin birindən 12.100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən H.Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
























