Azərbaycan Serbiyanı COP29-a dəvət edib.
APA xəbər verir ki, iki ölkənin ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxış edən iqtisadiyyat naziri Sahib Məmmədov sözügedən dəvətlə qarşı tərəfə müraciət edib.
“Fürsətdən istifadə edərək, Serbiyanı bu ilin noyabrında paytaxt Bakıda keçiriləcək COP29-a dəvət edirik”, – deyə o bildirib.























