Advertisement

245 saylı tam orta məktəbin yaxınlığında elektrik cərəyanı vuran gəncin məktəbin şagirdi olmadığı müəyyən olub

İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib.

“Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır”, – deyə qeyd edilib.