Advertisement

Beynəlxalq Parlamentarilər Konqresinin Baş katibi: Seçkilərin nəticələrini səbirsizliklə gözləyirik

Azərbaycana uğurlar arzulayırıq və növbədənkənar parlament seçkilərinin nəticələrini səbirsizliklə gözləyirik.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Parlamentarilər Konqresinin (BPK) Baş katibi Sitara Ayaz jurnalistlərə açıqlamasında bildirib.

“Biz Azərbaycanda seçkiləri müşahidə etmək üçün buradayıq. Saat 10:00-dan müxtəlif seçki məntəqələrini gəzməyə başlamışıq və indiyədək üç seçki məntəqəsində olmuşuq. Seçici aktivliyi qənaətbəxşdir. İndiyə qədər hər şey çox yaxşı gedir. Biz başqa seçki məntəqələrinə də gedəcəyik”, – Baş katib qeyd edib.

Nadir Yalçın

Lamiyə Şirinova