
Ağdamın işğaldan azad edilmiş ərazilərində dörd məntəqədə seçki prosesi keçirilir.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, məntəqələrdə seçici fəallığı müşahidə olunur.
48 saylı seçki məntəqəsinin sədri Arzu Rəhimova seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını, o cümlədən neqativ halın müşahidə edilmədiyini bildirib.
O, həmçinin səsvermənin gedişini 8 yerli, həmçinin MDB-dən gəlmiş müşahidəçinin izlədiyini qeyd edib.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı Ağdam-Xocalı seçki dairəsinin dörd məntəqəsi yaradılıb.
48 saylı məntəqə Ağdam şəhəri Konfrans Mərkəzində, 49 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 50 saylı məntəqə Kəngərli kəndində, 51 saylı məntəqə Xıdırlı kəndində təşkil edilib.






















