Advertisement

“Napoli” qələbə qazanaraq liderliyə yüksəlib

Futbol üzrə İtaliya A Seriyasının VI turu çərçivəsində “Napoli” doğma meydanda autsayder “Monza” ilə qarşılaşıb.

APA xəbər verir ki, görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Matteo Politano və Xviça Kvaratsxeliya vurublar.

Bununla da xallarını 13-ə çatdıran “Napoli” liderliyə yüksəlib.

“Monza” isə 3 xalla 19-cu sırada qərarlaşıb.