
Bu gün Azərbaycan Premyer Liqasında X turun daha iki oyunu keçirilib.
Apasport.az xəbər verir ki, baş məşqçi postuna Samir Abasovu gətirən “Neftçi” azarkeşləri önündə “Səbail”lə üz-üzə gəlib.
Qarşılaşma “ağ-qaralar”ın üstünlüyü ilə keçib. Komanda Ramil Şeydayevlə hesabı açıb. İkinci yarıda Dembo Darbo dubl müəllifi olub. Qonaqların gücü isə yalnız təsəlli topuna çatıb. Samir Abdullayev fərqlənib.
























